DÜNYA ÖZ XƏBƏR

Yeni il günü 13 yaşlı uşağını bıçaqlayan anaya şərti cəza verildi

Tatarıstanın prokurorluğunun yaydığı məlumata görə, Yeni il ərəfəsində 13 yaşlı oğlanı bıçaqlayan 48 yaşlı qadın məhkəmə tərəfindən şərti cəzaya məhkum edilib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Hadisə 31 dekabr 2024-cü il tarixində Tatarıstanın Nijneye Kuçukovo kəndində baş verib. Məlumata görə, qadın münaqişə zamanı himayəsində olan oğlanı salat üçün tərəvəzləri düzgün doğramadığına görə mübahisə edib və onu sinəsindən bıçaqlayıb. Uşaq ağciyərini zədələyən deşici yara alıb və bu xəsarət “ağır bədən xəsarəti” kimi qiymətləndirilib.

Məhkəmə təqsirləndirilən şəxsi Rusiya Cinayət Məcəlləsinin 111.2-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilib və ona 2 il şərti azadlıqdan məhrumetmə cəzası təyin edib. Cəza müddətinə bərabər 2 illik sınaq müddəti də təyin olunub.

Ayxan 

Oxşar Xəbərlər