Avstriya NATO-ya üzv olmağı planlaşdırmır.
32gun.az bildirir ki, bu barədə ölkənin yeni kansleri Kristian Ştoker "Euractiv" portalına verdiyi müsahibədə bildirib.
“Avstriyanın NATO-ya üzvlüyü gündəmdə deyil,” – deyə Ştoker vurğulayıb.
Qeyd edək ki, 1955-ci ildən Avstriyanın Konstitusiyasında ölkənin hərbi neytrallığı rəsmiləşdirilib. Euractiv yazır ki, Avstriya Avropa ölkələri arasında müdafiəyə ən az vəsait ayıran dövlətdir – ÜDM-in cəmi 1 faizindən az.
Xatırladaq ki, 3 mart 2025-ci ildə Avstriya Prezidenti Aleksander Van der Bellen Kristian Ştokeri rəsmi olaraq kansler vəzifəsinə təyin edib.
Ötən ilin noyabrında Avstriyanın sabiq xarici işlər naziri, Sankt-Peterburq Dövlət Universitetinin G.O.R.K.I. Mərkəzinin rəhbəri Karin Knaysl Ukrayna ilə bağlı siyasətinə görə Vyananı neytrallıq prinsipini itirməkdə günahlandırmışdı. O, bəyan etmişdi ki, hazırda Macarıstan və Türkiyə kimi NATO ölkələri belə Avstriyadan daha neytral mövqe sərgiləyir.
Nilay