Rüşvətə görə 10 il həbs cəzası alan keçmiş hərbi komissar SVO zonasında həlak olub
Çelyabinsk vilayətinin Ozersk şəhərinin sabiq hərbi komissarı Vladimir Pçuqin, rüşvət alma ittihamı ilə 10 il həbs cəzası aldıqdan sonra Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq xüsusi hərbi əməliyyat (SVO) zonasına göndərilmişdi. O, 2025-ci il mayın 1-də xidməti tapşırığın icrası zamanı həlak olub.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə onun oğlu sosial şəbəkədə məlumat yayıb və atasının parad formasında şəklini paylaşıb.
“Podslușano v Ozerske” qrupunun məlumatına görə, Pçuqin mayın 7-də dəfn olunub. O, 2024-cü ilin oktyabrında — apellyasiya məhkəməsi 10 illik hökmü qüvvədə saxladıqdan sonra — Müdafiə Nazirliyi ilə müqavilə imzalamışdı.
İstintaqın məlumatına görə, sabiq hərbi komissar Ozersk sakinlərindən çağırışla bağlı məsələləri “həll etmək” üçün rüşvət alıb və əməliyyat zamanı pulla saxlanılıb. Hökmə əsasən, o, “polkovnik-leytenant” hərbi rütbəsindən də məhrum edilmişdi. Lakin bu il aprelin ortalarında məhkəmə onun rütbəsini bərpa etmişdi.
Nilay