DÜNYA ÖZ XƏBƏR

ABŞ və Somali qüvvələri Puntlandda terrorçulara zərbələr endirib

ABŞ-ın AFRİCOM Komandanlığı və Somali ordusu İŞİD-ə qarşı birgə əməliyyat keçirib

ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) və Somali Federativ Hökumətinin ordusu Puntland bölgəsində İŞİD-in  obyektlərinə birgə zərbələr endirib.

32gun.az bildirir ki, bu barədə yerli Goobjoog nəşri məlumat yayıb.

Əməliyyat Barı bölgəsində, Bosaso şəhərindən təxminən 70 kilometr məsafədə baş verib. Əvvəlcə terrorçular pilotsuz uçuş aparatları ilə vurulub, daha sonra xüsusi təyinatlı qüvvələr reyd keçirib.

"AFRICOM ilə birgə tədbirlər, Somalinin və onun beynəlxalq tərəfdaşlarının terror təhdidini aradan qaldırmaq və sabitliyi bərpa etmək əzmini nümayiş etdirir", – deyə rəsmi açıqlamada bildirilir.

Xatırladaq ki, 2 fevralda ABŞ prezidenti Donald Tramp Amerikan hərbçilərinə Somalidə İŞİD rəhbərlərindən birinə dəqiq zərbə endirilməsi barədə göstəriş verdiyini açıqlamışdı.

Ayxan 

Oxşar Xəbərlər