SOSIAL
Rektor Vilayət Vəliyev bu şirkətə 145 min manat köçürə bilər
Azərbaycan Texniki Universiteti (AzTU) publik hüquqi şəxsi atributların, mükafatlandırılma nişanlarının hazırlanması, təltif və mükafatlandırılma ilə bağlı malların satınalınması məqsədilə tender keçirib.
32gun.az bildirir ki, Satınalma üzrə qalib “Azimut Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti elan olunub.
Qalib şirkətin təqdim etdiyi təklifin dəyəri 144.473,3 manat təşkil edib.
Bildirək ki, “Azimut Təchizat” MMC-nin nizamnamə kapitalı 20 manat olub, qanuni təmsilçisi isə Gülnarə Cəfərova Zair qızıdır.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevdir.
Nilay