Bərdə rayonunun Kələntərli kəndində yerləşən transformatorun yararsız vəziyyətdə olması narazılıqlara səbəb olub.
32gun.az xəbər verir ki, Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hər dəfə yağış yağanda və ya külək əsəndə kənd işıqsız qalır.
Qeyd olunur ki, sözügedən transformator təxminən 500 evin elektrik enerjisi ilə təminatına cavabdehdir. Kənd sakinləri bildirirlər ki, vəziyyətdən aidiyyəti qurumların xəbəri olsa da, hələ də heç bir tədbir görülməyib.
Sakinlər məsələ ilə bağlı təcili müdaxilə olunmasını tələb edirlər.
Qeyd edək ki, "Azərişıq" ASC-nin rəhbəri Vüqar Əhmədovdur.
Ayxan
.