Voloqod vilayətinin Vıteqra şəhərində Dövlət Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin (DYP) əməkdaşları içərisində səkkiz nəfərin olduğu avtomobili saxlayıblar.
32gun.az bildirir ki, bu barədə Rusiya Dövlət Avtomobil Müfəttişliyi məlumat yayıb.
Hadisə zamanı sükan arxasında 18 yaşlı gənc olub. Polis əməkdaşları avtomobildə normadan artıq sərnişin olduğunu görərək onu saxlamağa çalışıblar, lakin sürücü tələblərə tabe olmayaraq qaçmağa başlayıb.
“Qaçış zamanı sürücü kobud şəkildə yol hərəkəti qaydalarını pozaraq, səkiyə çıxıb və qarşı hərəkət zolağına keçərək yolun kənar xəttini aşıb”, – deyə rəsmi açıqlamada bildirilib.
Bir müddət sonra sürücü maşını kənara çəkib və içərisindəki yeddi sərnişinlə birlikdə qaçmağa çalışıb. Onlardan bəzilərinin baqajda olduğu müəyyən edilib.
Gənc sürücü saxlanılıb və barəsində bir neçə inzibati protokol tərtib olunub. Cərimələr arasında təhlükəsizlik kəmərindən istifadə etməmə, qarşı zolağa çıxma və sərnişinlərin daşınma qaydalarının pozulması da var.
"Shot" telegram kanalı yazır ki, gənc sürücünün qanında 0,23 promille spirt aşkarlanıb.
Ayxan