DÜNYA ÖZ XƏBƏR

Moskvada ər-arvad qızı girişə çağıran yad şəxsin əlindən belə xilas edib

Moskvada 8 yaşlı qızla gəzən şübhəli şəxs saxlanılıb: üzərindən katana və pornoqrafik materiallar tapılıb

Moskvada sakinlər 8 yaşlı qızla birlikdə gəzən və onu binanın girişinə aparmağa çalışan gənci saxlayıblar.

32gun.az bildirir ki, hadisə barədə “Ostorojno, Moskva” Telegram kanalı məlumat yayıb.

Ər-arvad cütlüyü gəncin azyaşlı qızla marketdə şübhəli şəkildə davrandığını sezib. O, uşaqla səsli danışaraq onu binanın girişinə dəvət edib və "oraya gedək, söhbət edək, isinərik" deyib. Gənc ona su və bulka alıb. Cütlük hadisədən şübhələnərək onların arxasınca gedib.

Gənc, azyaşlını Moskvanın 13-cü Parkovaya küçəsində yerləşən binanın girişinə aparmağa çalışarkən saxlanılıb. Üzərində katana (yapon qılıncı), bıçaq və mobil telefonda hentai (pornoqrafik cizgi film) materialları aşkarlanıb.

O, qızın bacısı olduğunu iddia etsə də, şahidlər inanmayıb və polis çağırıblar. Qız həmin şəxslə yenicə tanış olduğunu deyib. Hazırda hüquq-mühafizə orqanları hadisənin detalları ilə bağlı araşdırma aparır.

Nilay 

Oxşar Xəbərlər