2025-ci ilin ortalarında almağa dəyər olan ən yaxşı dörd iPhone modelinin adını açıqlayıb. Reytinqdə həm flaqman, həm də büdcəyə uyğun modellər yer alıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Siyahının ilk pilləsində iPhone 13 mini qərarlaşıb. Apple-ın ən kompakt smartfonu hesab olunan bu modelin qiyməti 49,9 min rubl təşkil edir. O, 5,4 düymlük OLED ekran, A15 Bionic prosessoru, ikiqat kamera və Face ID texnologiyası ilə təchiz olunub. Cihaz iOS-un son versiyalarını dəstəkləyir və ölçüsünə görə hətta iPhone SE-dən də kiçikdir.
İkinci yerdə iPhone 16 Plus modeli gəlir. 71 min rubla təklif olunan bu smartfon 6,7 düymlük OLED ekran, A18 prosessoru, böyük həcmli batareya və yeni “Camera Control” düyməsi ilə seçilir. Həmçinin Apple-ın süni intellekt sistemi olan Apple Intelligence-i dəstəkləyir.
Üçüncü sırada büdcə dostu iPhone 16e qərarlaşıb. Bu model 50,2 min rubl dəyərindədir və 60 Hz-lik OLED ekran, neyroşəbəkə dəstəyi, yüksək enerji tutumu və Apple modemilə təchiz olunub.
Siyahını Apple-ın flaqman modeli olan iPhone 16 Pro Max tamamlayır. Orta hesabla 97 min rubla satılan bu model 256 GB daxili yaddaş, 120 Hz dinamika tezlikli ekran və üçlü kamera sistemi ilə təklif olunur.
Mütəxəssislər qeyd edirlər ki, təqdim olunan modellər funksionallıq və qiymət baxımından fərqli ehtiyacları ödəməyə qadirdir.
Nilay