DÜNYA ÖZ XƏBƏR

Oğul karyerasından imtina edib demensiyalı anasına baxmağa başlayıb - Ölkəsində gündəm yaradan hadisə

Çinin Sıçuan vilayətində yaşayan 32 yaşlı Çjan Çji anası Yuanın sağlamlığı naminə işini tərk edib.

32gun.az bildirir ki, bu barədə South China Morning Post məlumat yayıb.

Beş il əvvəl demensiyanın ləng irəliləyən forması – alına-şaqaqlıq (frontal-temporal) demensiyası diaqnozu qoyulan keçmiş mama Yuan tədricən yaddaşını, danışıq qabiliyyətini və özünü idarəetməni itirib. Hazırda onun zehni fəaliyyəti təxminən iki yaşlı uşaq səviyyəsindədir.

Çjan Çji anasına qulluq prosesi ilə bağlı sosial şəbəkədə bloq aparır. Anasının xəstəliyi ictimai yerlərdə gözlənilməz davranışlarla – başqalarının masasından yemək götürmək, mağazadan pul ödəmədən çıxmaq və ya ictimai yerlərdə ehtiyacını ödəməklə özünü göstərir. Bir dəfə qadın böyük miqdarda duz udaraq xəstəxanaya düşüb.

“Çox vaxt insanlardan üzr istəyir, təzminat ödəyirəm. Amma bilirəm ki, anam pis insan deyil, sadəcə xəstədir”, – deyə Çji bildirir.

Gənc kişi startap işindən və gələcək karyerasından imtina edərək anasının tam ştatlı baxıcısına çevrilib. “Mən ona xəstə kimi baxmıram, o indi mənim uşağımdır. Uşaq olanda mənim qayğımı o çəkirdi. İndi sıra məndədir”, – deyə o əlavə edir.

Çji evdə təhlükəsizlik məqsədilə dəmir darvazalar, müşahidə kameraları quraşdırıb, yaddaş üçün divarlara qeydlər yapışdırıb. O, yeməkləri xırda doğrayır, təhlükəli əşyaları yığışdırır, yazı məşqləri ilə anasının zehnini aktiv saxlamağa çalışır. Çjan şəxsi həyat qurmağı da planlaşdırmır: “Bütün vaxtımı anama həsr etməliyəm.”

“Bu xəstəlik sağalmır. Diaqnozu dəyişə bilmərəm, amma onun həyatını mümkün qədər rahat və sevincli edə bilərəm”, – deyə o sonda bildirir.

Nilay 

Oxşar Xəbərlər