DÜNYA ÖZ XƏBƏR

Ata 17 yaşlı oğlunu xilas etmək istədi - onunla birlikdə boğulub

Avstraliyada turist oğlunu xilas etməyə çalışarkən boğulub

Avstraliyanın Kvinslend əyalətində, Round Hill Burnunda 46 yaşlı Robin Reid və onun 17 yaşlı oğlu Oven boğularaq həyatlarını itiriblər.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Uelsdən gələn turistlər Böyük Barriyer Rifinin cənubunda məşhur turistik çimərlikdə istirahət edirdilər.

Ata, beldən aşağı suya girəndə oğlunun yaxınlıqda gözlənilmədən gələn bir dalğa ilə sürükləndiyini görüb. Robin dərhal suya atılaraq oğlunu xilas etməyə çalışıb, amma özü də dalğalar tərəfindən dənizə çəkilib.

Axtarış-xilasetmə qrupları tezliklə hadisə yerinə gəlib, ata və oğlunu çimərliyə çıxarıblar, amma artıq gec idi — hər ikisi boğulmuşdu. Polis hadisə ilə bağlı araşdırma başladıb.

Ayxan 

Oxşar Xəbərlər