DÜNYA ÖZ XƏBƏR

İşdən çıxarılan 200-ə yaxın ABŞ rəsmisi öz vəzifəsinə bərpa edilib

ABŞ-da federal məhkəmə qərarı ilə 200 NIOSH əməkdaşı vəzifələrinə bərpa olunur

ABŞ-da federal məhkəmənin qərarına əsasən, daha əvvəl işdən çıxarılmış Milli Əmək Mühafizəsi İnstitutunun (NIOSH) təxminən 200 əməkdaşı vəzifəsinə bərpa olunacaq.

32gun.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.

Qeyd olunur ki, məhkəmə qərarı ilə vəzifəsinə qaytarılan əməkdaşlar mədənçilərdə "qara ağciyər" xəstəliyinin aşkarlanması məqsədilə aparılan tibbi müayinələrlə məşğul olublar. Bu proqram çərçivəsində xəstəliyə yoluxmuş mədənçilərə müalicə üçün kompensasiya verilməsi nəzərdə tutulurdu.

Xatırladaq ki, bu ilin fevralında ABŞ prezidenti Donald Trampın administrasiyası Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) yüzlərlə əməkdaşının işdən çıxarılması ilə bağlı göstəriş vermişdi.

İşdən çıxarılanlar arasında epidemiya ilə mübarizə üçün hazırlanmış Laboratoriya Liderliyi Xidməti (LLS) qrupunun iki onluq əməkdaşı da olub.

Nilay 

Oxşar Xəbərlər