ABŞ-ın Minnesota ştatı və Kanadanın cənub bölgələri ciddi meşə yanğınları ilə üzləşib.
32gun.az Washington Post qəzetinə istinadən məlumat verir ki, beynəlxalq sərhədin hər iki tərəfində bir neçə iri yanğın da daxil olmaqla çoxsaylı alovlanmalar qeydə alınıb. Aşırı istilər və yüksək quruluq dərəcəsi bu fəlakətli hadisələrin əsas səbəbləri kimi göstərilir.
Minnesota ərazisində 80 kvadrat kilometrdən çox meşə sahəsi yanıb, 100-dən artıq bina külə dönüb. Ştat rəhbərliyi yanğınlara qarşı mübarizəyə Milli Qvardiyanı cəlb edib.
Kanadanın CBC telekanalı isə bildirib ki, Manitoba və Ontario vilayətlərinin bəzi yaşayış məntəqələrində insanlar məcburi şəkildə təxliyə edilib. Bu ərazilər fövqəladə vəziyyət zonasına daxil edilib.
Ayxan