DÜNYA ÖZ XƏBƏR

Bloomberg: TikTok qatardan Makron və Merzin qəribə videosunu məhdudlaşdırır

TikTok Makron, Mers və Starmerin yer aldığı qalmaqallı videoya axtarış məhdudiyyəti tətbiq edib

TikTok sosial şəbəkəsi Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Mers və Böyük Britaniyanın Baş naziri Kir Starmerin yer aldığı qalmaqallı videonun axtarış nəticələrini məhdudlaşdırıb.

32gun.az bildirir ki, bu barədə ''Bloomberg'' məlumat verib. 

Videoda Qərb liderləri Kiyevə gedən qatarda görüntülənir. Kadrlarda Makronun qarşısında kağız bükümünə bənzəyən ağ əşya, Mersin qarşısında isə qaşıq və ya çubuğa bənzər bir cisim görünür. Kameraları görəndə liderlər bu əşyaları gizlətməyə çalışır.

TikTok, videoda Makronun narkotik maddəyə bənzəyən bir cismi gizlətməsinin təsvir olunduğunu əsas gətirərək, bir sıra videolara qarşı tədbir gördüyünü və bu hadisə ilə bağlı axtarışı məhdudlaşdırdığını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Solovyov Live kanalında çıxışı zamanı Almaniyanın susqunluğunu diqqətəlayiq adlandırıb və kadrlarda Avropa liderlərinin davranış və adekvatlığına dair ciddi sualların yarandığını bildirib.

Elysee sarayı isə məsələ ilə bağlı açıqlama verərək, Makronun qarşısında sadəcə burun silmək üçün adi kağız salfet olduğunu bildirib və yayılan məlumatları "Fransa düşmənlərinin dezinformasiyası" adlandırıb.

Nilay 

Oxşar Xəbərlər