DÜNYA ÖZ XƏBƏR

Cenevrədə nadir mavi brilyant 21,5 milyon dollara satılıb

Cenevrədə keçirilən Sotheby’s hərracında nadir parlaq-mavi rəngli brilyant – Mediterranean Blue 21,5 milyon dollara satılıb. Brilyant 10,3 karat ağırlığındadır və Cənubi Afrikada yerləşən “Kullinan” yatağında çıxarılıb.

32gun.az bildirir ki, bu barədə ENCA telekanalı məlumat verib.

Məlumata görə, hərrac iştirakçıları arasında daş uğrunda gərgin mübarizə gedib. Brilyantın başlanğıc qiyməti 10 milyon dollar olub.

Qiymətli daşı alan şəxs ABŞ vətəndaşıdır, lakin onun adı açıqlanmır.

Xatırladaq ki, “Kullinan” yatağında 1905-ci ildə dünyada zinət dəyərində çıxarılan ən böyük almaz – 3 106 karatlıq “Kullinan” da tapılmışdı. Bu daş sonradan Böyük Britaniya Kralı VII Eduarda hədiyyə olunmuş və Hollandiyada emal edilərək doqquz hissəyə bölünmüşdü. Onun ən iri hissəsi – 530 karatlıq almaz hazırda Britaniya kral əsalarının tərkibində Londondakı Tauerdə saxlanılır.

Nilay 

Oxşar Xəbərlər