Moskvada “Eksmo” nəşriyyatının əməkdaşı ekstremizm işi üzrə saxlanılıb
Moskvada ekstremizm işi üzrə aparılan istintaq çərçivəsində “Eksmo” nəşriyyat evinin distribusiya direktoru Anatoli Norovyatkin saxlanılıb.
32gun.az bildirir ki, bu barədə hüquq-mühafizə orqanları TASS agentliyinə məlumat verib.
İttihama görə, Norovyatkin LGBT təbliğatı (Rusiyada qadağan olunub və ekstremist kimi tanınıb) ilə bağlı nəşriyyatın Popcorn books seriyasında yayımlanan kitablarda qanun pozuntusuna yol verib. Onunla birlikdə daha təxminən 10 nəfər də saxlanılıb.
Agentliyin mənbəsi bildirib ki, saxlanılan şəxslərdən birinin işlədiyi nəşriyyatda qadağan olunmuş ədəbiyyat müsadirə edilib.
“Eksmo” nümayəndələri TASS agentliyinə açıqlamalarında bu məsələ ilə bağlı heç bir əlaqələrinin olmadığını və əməkdaşlara qarşı başqa heç bir iradın irəli sürülmədiyini bildiriblər.
Nilay