DÜNYA ÖZ XƏBƏR

İstanbulda Ukraynadan olan nümayəndə heyətinin tərkibində kimlərin olacağı məlum olub

Ukrayna nümayəndə heyəti İstanbulda danışıqlarda iştirak edəcək

Ukraynanın İstanbulda keçiriləcək danışıqlarda iştirak edəcək nümayəndə heyətində ən azı dörd məmur olacaq, o cümlədən Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak.

32gun.az xəbər verir ki, bu barədə Strana.ua nəşri mənbəyə istinadən məlumat yayıb.

Yermakla yanaşı, nümayəndə heyətinə Ukraynanın XİN rəhbəri Andrey Sibiqa, Müdafiə naziri Rustem Ümerov və Prezidentin məsləhətçisi İqor Jovkva da daxil olacaq.

Eyni zamanda, mənbə qeyd edib ki, Kiyevın danışıqlarda iştirak edib-etməyəcəyinə qərarı şəxsən Prezident Volodimir Zelenski 15 mayda verəcək.

Ayxan 

Oxşar Xəbərlər