DÜNYA ÖZ XƏBƏR

İspaniyada kimya zavodunda partlayış: təhlükəli kimyəvi bulud yayılıb

Alkala-de-Guadayra şəhəri yaxınlığında yerləşən Plainsur şirkətinə məxsus kimya müəssisəsində baş verən partlayış nəticəsində havaya təhlükəli kimyəvi maddələr qarışıb.

32gun.az bildirir ki, bu barədə ölkənin Express nəşri məlumat yayıb.

Təxminən 77 min sakinə evlərindən çıxmamaq, qapı və pəncərələri sıx bağlamaq tövsiyə olunub.

Zavod işçiləri əvvəlcə yanğına özləri müdaxilə etməyə çalışsalar da, alovun sürətlə yayılması səbəbilə ərazini tərk etmək məcburiyyətində qalıblar. Göyə qalxan qara tüstü 80 kilometr uzaqlıqdan belə görünürmüş.

Müəssisədə müxtəlif kimyəvi həlledicilərin saxlanılması yayılan buludun tərkibi ilə bağlı narahatlığı artırıb. Son məlumata görə, xəsarət alan yoxdur, lakin fövqəladə xidmətlər vəziyyəti nəzarətdə saxlayır.

Qeyd edək ki, bu, son günlərdə İspaniyada baş verən ikinci oxşar hadisədir. Mayın 10-da Barselona yaxınlığında kimyəvi anbarda baş verən yanğın səbəbilə 160 min nəfərə evlərini tərk etməmək göstərişi verilmişdi.

Ayxan

Oxşar Xəbərlər