Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın keçmiş Prezidenti Donald Tramp İstanbulda keçirilməsi planlaşdırılan sülh danışıqlarını görməzdən gələrək Ukrayna lideri Vladimir Zelenskini prosesdən kənarda qoyurlar.
32gun.az bildirir ki, bu barədə Amerikanın CNBC telekanalı yazıb.
Məqalənin başlığında qeyd olunur: “Putin və Tramp Zelenskini kənarda qoyurlar, Türkiyədəki sülh danışıqlarını ötürürlər.”
Bundan əvvəl Donald Tramp bildirmişdi ki, əgər o, danışıqlarda iştirak etməyəcəksə, Putinin də ora getməsinə ehtiyac yoxdur.
Mayın 11-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara ciddi yanaşdıqlarını açıqlayıb. O vurğulayıb ki, əsas məqsəd münaqişənin kök səbəblərini aradan qaldırmaq və “tarixi perspektivdə” uzunmüddətli sülh təmin etməkdir.
Sülh danışıqlarının mayın 15-də İstanbulda, əvvəlcədən heç bir şərt qoyulmadan baş tutması planlaşdırılır. Buna baxmayaraq, nə Putin, nə də Tramp həmin görüşlərdə iştirak edəcəklər.
Ayxan