Böyük Britaniyanın Baş naziri Kir Starmer, ölkədən deportasiya olunacaq miqrantların yerləşdirilməsi ilə bağlı bir sıra ölkələrlə danışıqlar aparıldığını bildirib. Bu barədə o, Albaniyanın Baş naziri Edi Rama ilə Tiranada keçirilən birgə mətbuat konfransında açıqlama verib.
32gun.az xəbər verir ki, tədbir Sky News telekanalı tərəfindən yayımlanıb.
Starmer qeyd edib ki, deportasiya olunacaq miqrantların geri qaytarılması ilə bağlı artıq bir neçə saziş imzalanıb. O, əlavə olaraq bu miqrantların saxlanılması üçün xüsusi mərkəzlərin – "hubların" yaradılmasını istədiklərini bildirib.
“Hazırda bu istiqamətdə danışıqlar davam edir. Ətraflı məlumatı daha sonra paylaşacağam,” – deyə Baş nazir əlavə edib.
Qeyd edək ki, mart ayında “The Times” qəzeti Böyük Britaniyanın sığınacaq verilməsindən imtina edilmiş miqrantların Balkan ölkələrinə deportasiyasını nəzərdən keçirdiyini yazmışdı. Nəşrin məlumatına görə, London həmin ölkələrə hər deportasiya olunan miqrant üçün kompensasiya ödəməyi planlaşdırır.
Ayxan