Özbəkistan sakini kosmetoloq qəbulunda ciddi xəsarət alıb.
32gun.az bildirir ki, bu barədə ölkənin Rəqabətinin İnkişafı Komitəsi məlumat yayıb.
Qadın Özbəkistandakı gözəllik salonlarından birində “sarı pilinq” prosedurundan keçib. Prosedurdan sonra onun üzünün təxminən 80%-ində yanıq diaqnozu qoyulub.
“Bu, ağır müalicə prosesinə və böyük maliyyə xərclərinə səbəb olub”, – deyə qurumun açıqlamasında bildirilib.
Araşdırmalar zamanı məlum olub ki, salonun bu cür kosmetoloji xidmətləri göstərmək üçün lisenziyası olmayıb. Bundan əlavə, proseduru icra edən mütəxəssisin ali tibbi təhsili də olmayıb. Beləliklə, müəssisənin fəaliyyəti qanun pozuntusu ilə müşayiət olunub.
Komitə məsələ ilə bağlı toplanmış materialları hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edib.
Qurumun nümayəndələri vətəndaşlara müraciət edərək gözəllik salonu seçərkən həmin müəssisənin müvafiq sənədlərə malik olmasına diqqət yetirməyi tövsiyə ediblər.
Ayxan