DÜNYA ÖZ XƏBƏR

4 yaşlı uşaq beşinci mərtəbənin pəncərəsindən yıxılıb

Rusiyada Çerepovets şəhərində 4 yaşlı oğlan uşağı beşinci mərtəbədəki mənzilin pəncərəsindən ağcaqanad toru ilə birlikdə yıxılıb. Uşaq çoxsaylı xəsarətlərlə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

32gun.az bildirir ki, bu barədə ölkənin CherInfo portalı məlumat yayıb.

Hadisə mayın 18-də Lenina küçəsindəki çoxmərtəbəli binalardan birində baş verib. Uşağı huşsuz vəziyyətdə binanın qarşısında təsadüfən yoldan keçən bir qadın tapıb və dərhal təcili yardım çağırıb. Məlum olub ki, uşaq beşinci mərtəbədəki mənzilin pəncərəsindən torla birlikdə yıxılıb.

Azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib. Onun bir neçə fəqərəsinin sınığı, böyrək əzilməsi və beyin silkələnməsi diaqnozu qoyulub. Hadisənin detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. İlkin məlumata görə, uşaq atasının nəzarətində olub və kişi sərxoş olmayıb.

Ayxan 

Oxşar Xəbərlər