DÜNYA ÖZ XƏBƏR

9 yaşlı uşaq maşınla qaçdı – yol polisi təqibə başladı

Rusiyada Kuban vilayətinin Labinsk mahalında Dövlət Avtomobil Müfəttişliyi əməkdaşları 9 yaşlı uşaq tərəfindən idarə olunan avtomobili təqib edərək saxlayıblar.

32gun.az bildirir ki, məlumat bölgə idarəsinin Telegram kanalında yayılıb.

Yol polisi patrul zamanı “VAZ-2106” markalı avtomobili şübhəli hesab edərək onu saxlamağa çalışıb. Lakin sürücü – azyaşlı uşaq – qanuni tələblərə tabe olmayaraq qaçmağa cəhd edib.

Avtomobilin saxlanılmasından sonra məlum olub ki, uşaq ailəsinin icazəsi olmadan maşını götürərək gəzintiyə çıxıb. Hazırda azyaşlının ailəsi ilə yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiya əməkdaşları məşğul olur.

Ayxan 

Oxşar Xəbərlər