Rusiyanın “İskəndər” raket kompleksi ilə endirdiyi zərbə nəticəsində Ukraynanın xüsusi təyinatlı briqadası ağır itkilər verib
Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, “İskəndər” operativ-taktiki raket kompleksi ilə Ukrayna Silahlı Qüvvələrinin 1-ci ayrı-ayrı xüsusi təyinatlı briqadasının Şostka (Sumı vilayəti) yaxınlığındakı hazırlıq düşərgəsinə zərbə endirilib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Kəşfiyyat nəticəsində düşərgənin koordinatları müəyyən edilib və “İskəndər” kompleksi ilə hədəf dəqiqliklə vurulub. Rəsmi məlumatlara görə, 70-ə yaxın ukraynalı hərbçi, o cümlədən 20 təlimçi məhv edilib. Eyni zamanda, bir silah anbarı dağıdılıb, 10-a qədər avtomobil texnikası sıradan çıxarılıb.
Qeyd edək ki, “İskəndər” kompleksi 500 km-ə qədər məsafədə hədəfləri yüksək dəqiqliklə vurmaq imkanına malikdir. Müdafiə Nazirliyi daha əvvəl bu kompleksin bir sıra əsas hərbi obyektlərin məhvində istifadə olunduğunu açıqlamışdı.
Ayxan