Rusiyalı tennisçi Daniil Medvedev bəyan edib ki, əgər tennisdən pul mükafatları çıxarılarsa, idman karyerasına son verəcək.
32gun.az bildirir ki, bu barədə o, “Больше!” adlı YouTube kanalında danışıb.
“Tennis mənim üçün işdir. Mən başqa bir iş tapardım, orada da eyni həyəcanla çalışardım və az da olsa, pul qazanardım”, — deyə ATP reytinqində 11-ci yerdə olan Medvedev bildirib.
13 mayda Medvedev İtaliya "Masters" turnirində Lorenzo Musettiyə məğlub olub və 1/4 finala yüksələ bilməyib. Yağış səbəbindən dayandırılan oyun 7:5, 6:4 hesabı ilə Musettinin xeyrinə başa çatıb. Matç bərpa olunduqdan dərhal sonra italiyalı tennisçi matç-bol şansından yararlanıb.
Daniil Medvedev karyerasında 2021-ci ildə ABŞ Açıq Tennis Çempionatını (US Open) qazanaraq Böyük Dəbilqə (Grand Slam) turnirlərində bir dəfə çempion olub. O, bu uğura nail olan üç rusiyalı kişi tennisçidən biridir.
Ümumilikdə, o, ATP-nin fərdi turnirlərində 20 dəfə qalib olub, bir dəfə ATP Final Turnirini qazanıb və beş dəfə Böyük Dəbilqə turnirlərinin finalında iştirak edib (US Open — 2019, 2023; Avstraliya Açıq — 2021, 2022, 2024).
Ayxan