ABŞ dövlət katibi Marko Rubio bildirib ki, antİİsrail etiraz aksiyalarında iştirak edən xarici tələbələrin vizaları ləğv edilməyə davam edəcək.
32gun.az xəbər verir ki, bu barədə o, Konqresdəki dinləmələr zamanı danışıb. Xəbəri RİA Novosti yayıb.
Rubionun sözlərinə görə, söhbət xüsusilə Fələstinə dəstək verən tələbələrdən gedir. O bildirib ki, bu şəxslər təhsil prosesinə və ABŞ-ın xarici siyasətinə zidd davranış sərgiləyirlər:
“Təhsil statusundan sui-istifadə edən, dərslərə və ölkənin xarici siyasətinə mane olanların vizaları geri çağırılacaq.”
Lakin demokrat senatorlar bu mövqeni tənqid edib və birinci konstitusiya düzəlişinə — söz və toplaşmaq azadlığına — diqqət çəkiblər.
NBC telekanalının məlumatına görə, indiyə qədər 22 ştatda tələbələrin vizaları ləğv olunub. Sivil geyimdə olan rəsmi şəxslər etirazçılara heç bir izahat vermədən yaxınlaşıb və onları saxlayırlar. ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi xarici vətəndaşların sosial şəbəkə hesablarını izləyir, ABŞ Vətəndaşlıq və Miqrasiya Xidməti (USCIS) isə deportasiya prosedurlarına başlayır.
Qeyd edək ki, 1 mayda Tennessi ştatından olan respublikaçı konqresmen Marşa Blekbern ABŞ hökumətinə müraciət edərək, Fələstin tərəfdarı nümayişlərdə iştirak edən xarici tələbələrin vizalarının ləğv edilməsini və onların ölkədən çıxarılmasını tələb etmişdi.
Ayxan