DÜNYA ÖZ XƏBƏR

Zooparkdan qaçan iki kapibara axtarışa verilib

Polşanın Qdansk şəhərindəki şəxsi zooparkda maraqlı hadisə baş verib — iki kapibara qəfəsdən qaçaraq axtarışa verilib.

32gun.az bildirir ki, bu barədə ölkənin UPI nəşri məlumat yayıb.

Hadisə axşam saatlarında baş verib. Kapibaraların yoxa çıxmasından sonra heyvanların sahibləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Polis və ekoloji xidmət əməkdaşları hadisə yerinə cəlb olunub.

Rəsmilərin sözlərinə görə, artıq yerli sakinlər də kapibaraların axtarışına qoşulmuşdular. Qaçan heyvanlar öz qəfəslərinin yaxınlığındakı sıx kolda gizləniblər. Kapibaraların sakit təbiətli olmasına və həm suda, həm də quruda cəld hərəkət etmə qabiliyyətlərinə baxmayaraq, polis və şahidlər onları ehtiyatla tutaraq geri qaytara biliblər.

Qdansk polisi zarafatla bildirib:
“Kapibaraları axşam gəzintisinə nə çıxardı? Gözəl hava? Bunu dəqiq bilmirik, amma bildiyimiz bir şey var — onları tutmaq heç də asan olmadı.”

Hazırda aidiyyəti qurumlar heyvanların necə qaça bildiklərini araşdırır və gələcəkdə belə halların qarşısını almaq üçün tədbirlər görüləcək.

Ayxan 

Oxşar Xəbərlər