Rusiyada Mordoviyada sərxoş vəziyyətdə qatarda polis əməkdaşına hücum edən qadın barəsində cinayət işi başlanılıb.
32gun.az bildirir ki, bu barədə Mərkəzi Nəqliyyat üzrə İstintaq İdarəsi məlumat yayıb.
Hadisə aprelin sonunda Çelyabinsk–Moskva marşrutu ilə hərəkət edən qatarda baş verib. Qatar Mordoviyadan keçərkən sərxoş qadın ictimai asayişi pozaraq qalmaqal yaradıb. Nəqliyyat polisinin əməkdaşı onu sakitləşdirməyə çalışarkən qadın ona bədən xəsarətləri yetirib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 318.1-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə) üzrə cinayət işi açılıb. Bu maddə ilə maksimum 5 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Hazırda qadına qarşı hansı həbs-qətimkan tədbirinin seçiləcəyi müəyyənləşdirilir.
Ayxan