"İsrail HƏMAS-la girovların azad olunması müqabilində razılığa gəlinəcəyi təqdirdə Qəzza zolağında müvəqqəti olaraq atəşi dayandırmağa hazırdır".
32gun.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu əlavə edib ki, HƏMAS bütün girovları azad edər və Qəzza zolağını tərk edərsə, İsrail hərbi əməliyyatlara tamamilə son qoya bilər.
Qeyd edək ki, 19 may tarixində Netanyahu İsrailin Qəzza zolağının bütün ərazisinə nəzarəti ələ alacağını və HƏMAS-a humanitar yardımı "talan etməyə" imkan verməyəcəyini bildirmişdi.
Bundan öncə, 18 mayda İsrail Müdafiə Qüvvələri (TSAXAL) “Gideonun arabaları” əməliyyatı çərçivəsində Qəzza zolağında genişmiqyaslı quru əməliyyatlarına başlayıb. TSAXAL-ın məlumatına görə, bu əməliyyatlar Qəzzada yerləşən "terror təşkilatlarına" qarşı yönəlib. Bu addım HƏMAS-ın 19 yanvardan qüvvədə olan atəşkəs zamanı girovların azad edilməsi ilə bağlı ABŞ planını qəbul etməməsinə cavab olaraq atılıb.
Ayxan