Almaniyanın sabiq kansleri Angela Merkel Avropa İttifaqını qeyri-qanuni miqrasiyaya qarşı ciddi addımlar atmağa çağırıb. O, əks halda Avropanın "dağıla biləcəyini" deyib.
32gun.az xəbər verir ki, bu barədə Der Spiegel məlumat yayıb.
Merkelin sözlərinə görə, Almaniya-Avstriya və ya Almaniya-Polşa sərhədlərində qeyri-qanuni miqrasiyanı tam şəkildə dayandırmaq mümkün deyil. O bildirib: “Avropanın necə dağıldığını müşahidə etməli ola bilərik.”
Sabiq kansler hesab edir ki, problemin həlli üçün ümumi Avropa yanaşması vacibdir.
Qeyd edək ki, Merkel may ayının əvvəlində keçmişdəki miqrasiya siyasətini müdafiə edərək, Almaniyanın qaçqın axını ilə bacaracağı fikrindən geri çəkilmədiyini bəyan etmişdi.
Ayxan