Emma Stoun "Louis Vuitton" nümayişinə cəlbedici obrazda qatıldı
Amerikalı aktrisa Emma Stoun məşhur Louis Vuitton moda evinin nümayişinə cəsarətli obrazda qatılıb.
32gun.az bildirir ki, "Harper" jurnalının məlumatına görə, ulduz dərin dekolteli, rəngarəng kombinə-libas geyinib.
Aktrisanın obrazını boz uclu tuflilər, ağ klatç və iri sırğalar tamamlayıb. Stilistlər Emma Stouna səliqəsiz saç düzümü və çəhrayı pomadadan istifadə edilmiş makiyaj ediblər. O, daha soyuq rəngli saç tonunda yeni imicini nümayiş etdirib.
Ötən həftə Emma Stoun həyat yoldaşı Deyv MakKeri ilə birlikdə Saturday Night Live verilişinin 50 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Aktrisa qırmızı maksi don geyinib və ətəyindəki ciblərə dolu şəkildə popkorn yığıb. Əlində isə qəlyanaltı olan stəkan tutub. Gözəl obrazı açıq burunlu tuflilər, sırğalar və üzük tamamlasa da, makiyajı qara layner və qırmızı dodaq boyası ilə vurğulanıb.
Yanvarda keçirilən “Qızıl qlobus” mükafatında isə Emma Stoun tamamilə yeni imici ilə diqqət çəkmişdi. O, saçlarını qısa “qarson” modelində kəsdirib və açıq qəhvəyi rəngə boyamışdı. Tədbirdə isə dərin dekolteli və belində bant olan qırmızı büstye-libas geyinmişdi.
Nilay