DÜNYA ÖZ XƏBƏR

Alim Makedoniyalı İskəndərin Dostunun məzarının Astronomik Sirrini Açdı

Yunanıstanlı müstəqil tədqiqatçı Demetrius Savvidis Kastada yerləşən, eramızdan əvvəl IV əsrə aid möhtəşəm məzar kompleksi ilə bağlı astronomik sirri açıb.

32gun.az bildirir ki, tədqiqat “Nexus Network Journal” (NNJ) elmi jurnalında dərc olunub.

Alimin gəldiyi nəticələrə görə, tikilinin dəfn kamerası elə layihələndirilib ki, qış gün dönümündə — 21 dekabrda günəş şüaları məkanı tam şəkildə işıqlandırır. Şüalar xüsusi formada daş sfinkslərin arasından keçərək daxili hissəni bütövlüklə işıqla doldurur. Digər fəsillərdə isə işıq yalnız bəzi elementlərə toxunur.

Savvidis ehtimal edir ki, bu effekti əldə etmək üçün ilkin layihə qəsdən dəyişdirilib və bu da yenilənmə və kosmik nizama dair simvolizmi əks etdirə bilər.

Kasta abidəsi qədim Amfipol şəhəri yaxınlığında yerləşir və Makedoniyalı İskəndərin yaxın dostu və mühafizəçisi Hefestionun dəfn olunduğu ehtimal edilən məkan hesab olunur.

Bəzi alimlər isə Makedoniyalı İskəndərin hələ tapılmamış məzarının da oxşar astronomik xüsusiyyətlərə sahib ola biləcəyini düşünür.

Yeni kəşf elmi dairələrdə böyük müzakirələrə səbəb olub. Oksford Universitetindən Xuan de Lara bildirib ki, makedoniyalılar günəş və ay dövrlərinə əsaslanan təqvimdən istifadə edirdilər və bu təqvimdə gün dönümünün tarixi ildən-ilə dəyişirdi. Üstəlik, Yunanıstanın şimalında tez-tez müşahidə olunan buludlu hava şəraiti bu işıq effektini qədim müşahidəçilər üçün demək olar ki, nəzərə çarpmaz edə bilərdi.

Nilay

Oxşar Xəbərlər