DÜNYA ÖZ XƏBƏR

Ukraynada hərbi xidmətdən yayınmağa yardım edən deputat saxlanıldı

Ukraynada Zakarpatiya vilayət şurasının deputatı hərbi xidmətdən yayınmaq istəyən şəxslərə yardım etməkdə şübhəli bilinərək saxlanılıb.

32gun.az xəbər verir ki, bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) məlumat yayıb.

Bildirilib ki, deputat hər bir şəxs üçün bu "xidmətə" görə 10 min avro tələb edib. O, əlavə olaraq “müştəri”nin Kiyevdən sərhədə çatdırılmasını və lazım gəldikdə yenidən Ukraynaya girişini təşkil etməyi də təklif edib. Onlar 20 min avro alarkən cinayət başında yaxalanıblar.

Qeyd olunub ki, deputatın Ukraynanın sərhəd xidmətində əlaqələri olan bir şəriki də var.

Xatırladaq ki, may ayında Ukrayna Milli Polisi və Təhlükəsizlik Xidməti bir neçə bölgədə səfərbərlikdən yayınma sxemi təşkil edən qrupu ifşa etmişdi. Sərhədi qanunsuz yollarla keçməyə yardım edən təşkilatçılar, eləcə də saxta tibbi arayışlar satan xəstəxana rəhbərləri və işçiləri saxlanılmışdı.

Nilay 

Oxşar Xəbərlər