ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə dialoqdan sonra bu ölkəyə qarşı sanksiya təzyiqini artırmağı planlaşdırmadığını bildirib.
32gun.az bildirir ki, bu barədə The New York Times administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Tramp yeni məhdudiyyətlərin tətbiqinə açıq şəkildə qarşı çıxıb. Ağ Evin əvvəlki açıqlamalarında da bildirilmişdi ki, mövcud sanksiyalar gözlənilən nəticəni verməyib və ABŞ-ın maraqlarına zərər vurur.
“Sanksiyalar Rusiyaya qarşı effektiv olmadı və ABŞ-ın strateji məqsədlərinə uyğun gəlmir,” — deyə adlarının açıqlanmasını istəməyən mənbələr qeyd ediblər.
Qeyd edək ki, mayın 26-da Tramp Putinin Ukraynadakı fəaliyyətini tənqid etmiş və Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasının mümkün olduğunu bildirmişdi. Bu açıqlama Rusiya ordusunun Ukrayna ərazisində genişmiqyaslı hücumlarından sonra səsləndirilmişdi.
Nilay