Krımda gəzinti qayığının çevrilməsi ilə bağlı cinayət işi açıldı
Krımda istintaqçılar dənizdə gəzinti qayığının çevrilməsi ilə bağlı hadisənin şəraitini araşdırırlar.
32gun.az bildiri ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) regional idarəsi məlumat yayıb.
Hadisə Balaklava sahillərində, Ayya burnu yaxınlığında baş verib. Altı sərnişinlə dənizə çıxan qayıq aşıb, nəticədə insanlar suya düşüb. Yaxınlıqdan keçən katerlər tərəfindən vaxtında xilas edilən sərnişinlərə tibbi yardım lazım olmayıb.
Faktla bağlı vətəndaşların həyat və sağlamlığı üçün təhlükəli olan xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi başlanıb.
“Hazırda istintaqçılar hadisə yerinə və qayığın qalıqlarına baxış keçiriblər, texniki sənədlər götürülüb və zəruri ekspertizalar təyin olunub”, – deyə məlumatda qeyd olunur.
İstintaq işi region üzrə İstintaq Komitəsi rəhbərinin nəzarətindədir.
Xatırladaq ki, bu hadisədən əvvəl Dağıstanda sərnişin daşıyan qayıq qayalıqlara çırpılaraq aşıb. Nəticədə üç nəfər xəsarət alıb, bir nəfərin isə həyatını xilas etmək mümkün olmayıb.
Ayxan