Yekaterinburqda Kirov Rayon Məhkəməsi azyaşlı qızına qarşı cinsi zorakılıqda ittiham olunan kişiyə hökm oxuyub.
32gun.az xəbər verir ki, bu barədə Ura.ru məlumat yayıb.
İstintaqın versiyasına görə, kişi 2019-cu ildən başlayaraq bir neçə il ərzində qızına təcavüz edib. Hadisələr barədə qız yalnız bir müddət sonra danışıb. Ümumilikdə ataya qarşı 10 epizod üzrə ittiham irəli sürülüb.
2024-cü ilin əvvəlində kişi axtarışa verilib, lakin qısa müddət sonra saxlanılıb. İlkin dindirmə zamanı və məhkəmənin ilk iclasında təqsirini etiraf etsə də, sonradan ifadələrindən imtina edib.
Məhkəmə təqsirləndirilən şəxsi 18 il müddətinə ciddi rejimli koloniyada cəza çəkməklə azadlıqdan məhrum edib. Hökm hələlik qanuni qüvvəyə minməyib.
Nilay