Penza vilayətində bir nəfər Ukrayna xüsusi xidmət orqanlarına məxfi məlumat ötürdüyünə görə həbs olunub.
32gun.az bildirir ki, bu barədə RİA Novosti Federal Təhlükəsizlik Xidmətinin (FTX) vilayət üzrə idarəsinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
FTX-nin məlumatına görə, həmin şəxs internet vasitəsilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi ilə təşəbbüskar şəkildə əlaqə yaradıb və həmin şəxsin tapşırığı ilə Rusiya Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyatlarında iştirak edən hərbçilərin şəxsi məlumatlarını toplayaraq qarşı tərəfə ötürüb. Bildirilib ki, bu məlumatlar hərbçilər üçün mənfi nəticələrə səbəb ola bilərdi.
Qurum əlavə edib ki, ötürülən məlumatlar Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya Ordusuna qarşı istifadə edilə bilərdi. 1995-ci il təvəllüdlü şübhəli 22 may tarixində saxlanılıb.
Qeyd edək ki, bundan əvvəl Luqansk Xalq Respublikasının Ali Məhkəməsi 21 yaşlı Stanislav Udovikini 17 il müddətinə azadlıqdan məhrum etmişdi.
Ayxan