DÜNYA ÖZ XƏBƏR

ABŞ tələbə vizaları üçün müsahibələri müvəqqəti dayandırıb

ABŞ hökuməti tələbələr üçün viza müsahibələrinin keçirilməsini müvəqqəti olaraq dayandırıb.

32gun.az bildirir ki, bu barədə Politico qəzeti hökumət sənədlərinə istinadla məlumat yayıb.

Dövlət katibi Marko Rubionun aparatının yaydığı teleqramda bildirilir ki, ABŞ-ın səfirlik və konsulluqları yeni tələbə vizası müraciətçiləri üçün müsahibə təyin etməyi dayandırmalıdır.

Jurnalistlərin məlumatına görə, bu qərar Ağ Evin ABŞ-da təhsil almaq istəyən əcnəbilərin sosial şəbəkə hesablarının məcburi yoxlanılması imkanını araşdırdığı bir dövrə təsadüf edir.

Qeyd edək ki, 22 mayda ABŞ hakimiyyəti Harvard Universitetinin xarici tələbə qəbuluna dair lisenziyasını ləğv edib. Bu qərar əcnəbi tələbələrin ölkəyə girişinin faktiki olaraq bloklanması anlamına gəlirdi. Universitet dərhal buna cavab olaraq federal hökumətə qarşı məhkəməyə müraciət edib və artıq 23 mayda məhkəmə mübahisəli qərarın icrasını müvəqqəti olaraq dayandırıb.

Ayxan 

Oxşar Xəbərlər