Fələstin hərəkatı HƏMAS ilə İsrail Qəzza zolağında hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.
32gun.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Bundan əvvəl "Times of Israel" nəşri yazmışdı ki, ABŞ-ın Qəzza zolağında vəziyyətin tənzimlənməsinə dair yeni planı 60 günlük atəşkəsi və 10 girovun azad edilməsini nəzərdə tutur.
Sözügedən plan, həmçinin, BMT-nin vasitəsilə anklav sakinlərinə humanitar yardımın yenidən çatdırılmasını da əhatə edir.
Mənbənin sözlərinə görə, sənəddə İsrailin "müharibəyə son qoyacağı" ilə bağlı hər hansı bir öhdəlik yer almır.
Ayxan