Moskvaya yaxın Naro-Fominsk şəhər dairəsində yol-nəqliyyat hadisəsi zamanı maral xəsarət alıb.
32gun.az xəbər verir ki, bu barədə Rusiya DİN-in Moskva vilayəti üzrə Baş İdarəsi Telegram kanalında məlumat yayıb.
İlkin məlumata görə, hadisə 29 may saat 18:15 radələrində Naro-Fominsk–Bekasovo avtomobil yolunun 1-ci kilometrində baş verib. 1996-cı il təvəllüdlü sürücünün idarə etdiyi Changan markalı avtomobil marala çırpılıb. Heyvan müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerində yol polisi əməkdaşları işləyir, dəqiq səbəblər araşdırılır. Maralla bağlı məlumat ovçuluq nəzarəti qurumuna, baytarlıq stansiyasına və yerli ovçuya təqdim edilib.
Qeyd edək ki, iki gün əvvəl oxşar hadisə Ramensk mahalında baş vermişdi. Həmin vaxt 38 yaşlı sürücünün idarə etdiyi Renault markalı avtomobil marala çırpılmış və heyvan tələf olmuşdu.
Ayaz