DÜNYA ÖZ XƏBƏR

Küçədə kəsilmiş insan ayağı tapıblar - Polis təcili hadisə yerinə yollanıb

Orenburqda yolda insan ayağı tapılıb – polis araşdırma aparır

Orenburq şəhərinin Akulova küçəsində dəhşətli hadisə baş verib. Sakinlərdən biri avtomobilin yanında insan ayağı olduğunu görərək dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Əraziyə gələn polis əməkdaşları kəsilmiş ayaq hissəsini götürərək ekspertizaya göndəriblər. Hazırda küçədəki müşahidə kameralarının görüntüləri araşdırılır.

İlkin məlumata görə, kamera görüntülərində yaşlı bir qadının bu bədən hissəsini hadisə yerinə gətirdiyi müəyyən olunub.

Yerli sakinlərin sözlərinə görə, həmin qadın köhnə daxmada yaşayır və küçədən nə tapsa, həyətinə daşıyır. İnsanlar ehtimal edirlər ki, qadın bu bədən hissəsini zibillikdə tapmış ola bilər.

Hadisə ilə bağlı araşdırma davam edir.

Nilay 

Oxşar Xəbərlər