DÜNYA ÖZ XƏBƏR

Hamilə qadını daşıyan təcili yardım maşını qəzaya uğrayıb, 8 nəfər yaralanıb - Rusiyada

Sverdlovsk vilayətində beş avtomobilin toqquşması ilə nəticələnən yol qəzasında, o cümlədən hamilə qadının da olduğu səkkiz nəfər xəsarət alıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Yekaterinburq–Kurgan yolunun 37-ci kilometrində baş verib.

Bu barədə vilayətin Səhiyyə Nazirliyi məlumat yayıb. Qəzada təcili yardım maşını da iştirak edib.

Xəsarət alanlardan altı nəfər ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Hamilə qadın Beloyarski qəsəbəsindən Yekaterinburqa çatdırılıb. Daha bir yaralı isə ixtisaslaşmış xəstəxanaya yerləşdirilib. Hazırda hadisənin səbəbləri araşdırılır.

Ayxan 

Oxşar Xəbərlər