DÜNYA ÖZ XƏBƏR

24 milyon dollarlıq narkotik maddə müsadirə ediblər - Misirdə xüsusi ƏMƏLİYYAT

Misir Silahlı Qüvvələrinin yaydığı məlumata görə, ölkənin sərhəd qoşunları Suveys kanalı altından keçən Əhməd Hamdi tuneli yaxınlığında 24 milyon dollar dəyərində narkotik partiyasını ələ keçiriblər.

32gun.az xəbər verir ki, narkotik vasitələr tərəvəz daşıyan yük maşınında gizlədilibmiş. Əldə edilən məlumatlara əsasən, müsadirə olunan maddələrin ümumi çəkisi 12 ton ədədi keçib.

Aşkarlanan narkotiklər hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara təhvil verilib.

Ayxan 

Oxşar Xəbərlər