Türkiyənin Samsun şəhərində polis əməkdaşları tərəfindən 10 müxtəlif cinayətə görə axtarışda olan şəxs evindəki geyim dolabında gizlənərkən yaxalanıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vilayət Polis İdarəsinin Kibercinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları axtarışda olan şəxslərin tutulması ilə bağlı əməliyyat keçirib. Həmin şəxsin 2022-ci ildən bəri "Vergi qanunvericiliyinə zidd hərəkət" üzrə 4, "Başqasına məxsus ticarət nişanına müdaxilə" üzrə 2, "Bank və ya kredit qurumlarından istifadə etməklə dələduzluq", "Qanunsuz silah saxlama", "Rəsmi sənəddə saxtakarlıq" və "Dövlət və təşkilatları vasitə kimi istifadə etməklə dələduzluq" maddələri üzrə ümumilikdə 10 məhkəmə qərarı əsasında 6 il 9 ay həbs cəzası olduğu müəyyən edilib.
Əməliyyat zamanı polis onun gizləndiyi evi müəyyənləşdirib və həmin şəxsi geyim dolabında gizlənmiş vəziyyətdə tutaraq saxlayıb. O, ifadəsi alınmaq üçün polis idarəsinə aparılıb.
Ayaz