Taylandın məşhur Pxuket adasında yerləşən Tiger Kingdom zooparkında hindistanlı turist pələnglə şəkil çəkdirmək istəyərkən heyvanın hücumuna məruz qalıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, zooparkda ziyarətçilərə pələngləri sığallamağa icazə verilir. Hadisə nəticəsində turist yüngül xəsarətlərlə canını qurtarıb.
Qeyd edək ki, bu, pələng hücumları ilə bağlı ilk hadisə deyil. 2024-cü ilin yanvarında Hindustan Times qəzeti Uttar-Pradeş ştatında yerləşən Katarniaqat qoruğu yaxınlığında 55 yaşlı hindli fermerin pələng hücumuna məruz qalaraq həyatını itirdiyini yazmışdı. Fermer odun yığmaq üçün meşəyə getmiş, lakin yırtıcının hücumuna məruz qalmışdı.
Bir müddət sonra kənd sakinləri onun axtarışına çıxaraq cəsədini tapıblar. Pələng onun bədəninin aşağı hissəsini tamamilə yeyib, yalnız yuxarı hissə və baş qalıb. Fermerin ailəsinə təxminən 6 min rubl (5 min rupi) məbləğində təzminat ödənilib.
Ayxan