ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İlon Mask prezident administrasiyasını tam şəkildə tərk etmir.
32gun.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.
Tədbirdə ABŞ hökumətinin fəaliyyət effektivliyinin artırılması üzrə idarəyə (DOGE) rəhbərlik edən və biznesə qayıdan Mask da iştirak edib.
“DOGE əməkdaşlarının çoxu qalır. İlon da buradadır, o, gəlib-gedəcək,” – deyə Tramp vurğulayıb.
ABŞ lideri Maskın gördüyü işlərə görə ona təşəkkür edib və amerikalıların DOGE çərçivəsindəki fəaliyyətin nəticələrini “bir-iki ilə” görəcəklərini bildirib.
İlon Mask isə qeyd edib ki, o, Trampın müşaviri və dostu kimi Ağ Evə gəlməyə davam edəcək. Onun sözlərinə görə, rəhbərlik etdiyi DOGE təşəbbüsü sayəsində ABŞ təxminən 200 milyard dollar qənaət edib.
Ayxan