MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Xose Bernardo efirlərə qayıdacağını AÇIQLADI
Tanınmış aktyor və teleaparıcı Xose Bernardo efirlərə qayıdacağını bildirib.
32gun.az xəbər verir ki, o, bu barədə TikTok-da canlı yayım zamanı danışıb. Aparıcıya "Efirə qayıdacaqsınızmı?" sualı verilərkən, "Bəli, qayıdıram. Sentyabrda, bəlkə bir az daha tez" – deyə cavab verib.
Qeyd edək ki, Xose Bernardo bir müddət əvvəl narkotik asılılığından qurtulmaq üçün reabilitasiya mərkəzində müalicə alırdı. O, artıq müalicəsinin başa çatdığını və sağaldığını da eyni yayımda izləyiciləri ilə bölüşüb.
Nilay