ABŞ Prezidenti Donald Tramp milyarder Elon Maskın Ağ Ev administrasiyasına yönəltdiyi tənqiddən sonra ona qarşı məyusluğunu ifadə edib.
32gun.az bildirir ki, Tramp Almaniya kansleri Fridrix Merslə görüşündə deyib.
"Elondan çox məyusam, mən ona çox kömək etmişəm", — deyə o bildirib.
Tramp əlavə edib ki, əvvəllər Elon Maskla yaxşı münasibətləri olub, lakin indi bu münasibətlərin davam edib-etmədiyindən əmin deyil.
Xatırladaq ki, bir gün öncə Elon Mask sosial şəbəkə X-də Trampın federal xərclərin azaldılmasını nəzərdə tutan “Birləşmiş, böyük, gözəl” adlı qanun layihəsini kəskin tənqid edərək onu "iyrənc bir biabırçılıq" adlandırıb və bu qanuna səs verən konqres üzvlərini qınayıb.
Qeyd edək ki, Elon Mask daha əvvəl Tramp administrasiyasında fəaliyyət göstərən ABŞ Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri postunu tərk etmiş, lakin prezidentin dostu və müşaviri olaraq qalacağını bildirmişdi.
Yaz