DÜNYA ÖZ XƏBƏR

Gənc oğlan qocalar evinin tualetində yaşlı kişini döyüb və videoya düşüb

Omsk vilayətində yerləşən qocalar evində gənc oğlan yaşlı kişiyə hücum edib.

32gun.az xəbər verir ki, hadisə ilə bağlı görüntüləri Mash Siberia yayıb.

Sosial şəbəkələrdə yayılan kadrlarda gəncin yaşlı kişiyə nəsə dediyi, daha sonra isə onun baş və bədən nahiyəsinə dəfələrlə zərbələr endirdiyi görünür. Videonun sonunda pensiyaçı yerə yıxılır. Telegram kanalının məlumatına görə, hadisə müəssisənin tualetində baş verib. Hücumun səbəbi hələlik açıqlanmayıb.

Görüntülər yayıldıqdan sonra istintaq orqanları ilkin araşdırmalara başlayıb. Onlar baş verənlərdə səhlənkarlıq əlamətləri gördüklərini bildiriblər.

"Yoxlama nəticəsində prosessual qərar qəbul ediləcək", – deyə rəsmi açıqlamada qeyd olunub.

Hadisə ilə bağlı prokurorluq da araşdırma aparır. Qurumun məlumatına görə, baş verənlərlə bağlı qəsdən sağlamlığa orta dərəcəli xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.

Prokurorluq həmçinin İstintaq Komitəsinin yoxlaması və cinayət işinin istintaqını nəzarətdə saxlayır.

Ayaz 

Oxşar Xəbərlər