Rusiyada Petrozavodsk şəhərində bir kişi növbəti dəfə qeyri-rəsmi birlikdə yaşadığı qadını döyərək cinayət məsuliyyətinə cəlb olunub.
32gun.az bildirir ki, bu barədə şəhər polisi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, Kutuzov küçəsində yaşayan həmin şəxs uzun müddətdir ki, birlikdə yaşadığı qadına qarşı döyülmə və fiziki zorakılıq tətbiq edir. Daha əvvəl dəfələrlə bu səbəbdən inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, o, zorakılığı davam etdirib.
Sonuncu hadisə zamanı 54 yaşlı qadın içkili vəziyyətdə olan kişi tərəfindən yenidən döyülüb. Zərərçəkənin aldığı xəsarətlərin detalları açıqlanmayıb.
Faktla bağlı “Əzab vermə” maddəsi üzrə cinayət işi açılıb. İndi yerli sakin üç ilədək azadlıqdan məhrum edilə bilər.
Ayaz